YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Kəngərlidə məhəllə görüşləri davam edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu, Qıvraq, Qarabağlar, Xok bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin məhəllə və seçici görüşləri keçirilib.

Qıvraq bələdiyyəsi üzrə namizədlər İlkin Məmmədov, Nuranə Novruzova, Zeynəb Seyidova, Xanım Nəcəfova və Ələddin Əsgərov Qıvraq qəsəbəsində 2 məhəllə görüşü keçirib və 2 seçici ilə görüşüblər.

Qarabağlar bələdiyyəsi üzrə namizədlər Aysel Şəfiyeva Qarabağlar kəndində, Allahverdi Məmmədov, Şahlar Orucov və Naimə Rüstəmova isə Xıncab və Təzəkənd kəndlərində dörd məhəllə görüşü keçiriblər.

Xok bələdiyyəsi üzrə namizədlər Məhərrəm Əliyev Yeni Kərki kəndində, Sevinc İbrahimova isə Xok kəndində  məhəllə görüşü keçirərək  seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.