YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Lerik seçicilərinin seçimi YAP-dır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu Blaband bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Lerik  rayon təşkilatının sədr müavini Elnur Məmmədov Prezident, YAP Sədri İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi sosial-iqtisadi siyasətin regionlarımızın inkişafını sürətləndirdiyini və hər bir vətəndaşın bunu öz həyatında hiss etdiyini qeyd edib. O bildirib ki, respublikamızın bütün sferalarının inkişafına öz tövfəsini verən YAP-ın  resurslarının güclənməsi keçirilən seçkilərdə də öz təsdiqini tapır.

Seçki qərargahının üzvüləri Habil Talıbov, Elman Rəcəbov, Veysəl Məlikov, Blaband bələdiyyəsi üzrə namizəd Balamirzə Mirhüseynov və digərləri çıxış edərək ölkəmizdə aparılan böyük quruculuq işlərindən, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışıblar. Onlar, həmçinin bələdiyyə seçkilərində seçiciləri fəallıq göstərməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, YAP Lerik  rayon təşkilatının sədr müavini Elnur Məmmədov, seçki qərargahının üzvüləri Elman Rəcəbov, Veysəl Məlikov, Lerik bələdiyyəsi üzrə namizəd İlkin Hüseynov, Qosmalian bələdiyyəsi üzrə namizəd Rəşad Hüseynov, Veri bələdiyyəsi üzrə namizəd Mehdi Qafarov, Siyov bələdiyyəsi  üzrə namizəd Vüsal Bayramov, Blaband bələdiyyəsi  üzrə namizəd Hakim Məmmədov, Çayrud bələdiyyəsi  üzrə namizəd Hafiz Nəzərov, Şingədulan bələdiyyəsi  üzrə namizədlər - Paşa Şirinov, Əhməd Əhmədov, Mütəllim Quliyev   seçicilərlə məhəllə görüşləri də keçiriblər.

Bütün görüşlərdə seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini deyiblər.