Seçki xəbərləri
Qarşıya qoyulan hədəflərə doğru!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu, Pensər bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov bildirib ki, dövlətimizin yerli özünüidaəetmə orqanlarına verdiyi dəstək, o cümlədən onların fəaliyyətini daha da möhkəmləndirmək üçün atdığı addımlar xalqın bələdiyyələrə olan inamını artırır. Qeyd olunub ki, bu dəstək bələdiyyələrin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli zəmin yaradır. Yerli özünüidarəetmə orqanlarının daha da inkişafı isə regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
Rayon təşkilatının məsləhətçisi Elçin Məmmədəliyev ölkəmizdə seçki prosesinin beynəlxalq standartlara uyğun şəkildə təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edib.
Seçki qərargahının üzvü Ümidvar Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Emil Ağayev, İbrahim İbrahimzadə, Röyalə Rzayeva, Arzu Nəcəfova və Röyal Əliyev bildirib ki, bələdiyyələrin gördüyü işlər sosial inkişafın davamlılığını təmin edir. Vurğulanıb ki, bu fəaliyyətlər cəmiyyətin rifahının yüksəlməsinə xidmət edir.
Seçici Nailə Cahangirova və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün Ərçivan və Pensər bələdiyyəsi üzrə YAP-ın namizədləri seçicilərlə məhəlli görüşlər də keçiriblər.