YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Vətəndaşlara xidmət ən ali məqsəddir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xətai rayon, Xətai və Əhmədli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə fərdi və məhəlli görüşləri keçirilib.

Görüşlərdə iştirak edən namizədlər Teymur Abdullayev, Allahverdi Həsənli, Afaq Qədirova, Nigar Cəbiyeva Xudiyeva bələdiyyələrin Azərbaycan cəmiyyətinin idarə olunmasında özünəməxsus rolunu seçicilərə ətraflı şəkildə izah ediblər. Onlar, həmçinin seçicilərin qarşıdan gələn bələdiyyə seçkilərində regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər. Natiqlər bu qənaətlərinin YAP-ın indiyədək əldə etdiyi uğurlardan qaynaqlandığını bildiriblər.

Bələdiyyə üzvlüyünə digər namizədlər Günay Əliyeva, Kəmalə İsmayılova, İmran Məmmədov, Aytac Əlizadə, Həsən Əliyev və Qubad Kərimov YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramından danışmaqla yanaşı, bu partiyanın Azərbaycanı tərəqqinin yeni zirvəsinə doğru apardığını vurğulayıblar.  

İstər fərdi, istərsə də məhəlli görüşlərdə seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verməklə öz sözlərini deyəcəklərini bildiriblər.