Seçki xəbərləri
YAP hər zaman dövlətçiliyə xidmət edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu Atbulaq-Navahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov görüşdə partiyamızın bələdiyyə seçkilərində yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. O, Hacıqabul seçicilərinin hər zaman dövlətçiliyə sədaqətini və Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəyini ifadə edərək, bu dəfə də eyni dəstəyi göstərəcəklərinə inandığını bildirib.
Çıxış edən təbliğat qrupunun üzvləri Zaur Qasımov, Sərvin Ağayev və Həbib İbrahimov Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyə xidmət etdiyini və YAP-ın fəaliyyətinin Azərbaycanın milli maraqlarını qətiyyətlə qorunmasına hədəfləndiyini diqqətə çatdırıb.
Bələdiyyə üzvlüyünə namizədlər Tahir Güləliyev və Səidə Əsgərova çıxışlarında həyata keçirilən islahatların bələdiyyələrin şəffaflıq və hesabatlılığını artırdığını bildiriblər. Həmçinin, namizədlər seçiləcəkləri təqdirdə bu istiqamətdə aktiv fəaliyyət göstərəcəklərini də səsləndiriblər.
Seçicilər isə bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP namizədləri gün ərzində bir neçə məhəllə və fərdi görüşlər də keçirib, seçiciləri YAP namizədlərinə səs verməyə çağırıblar