Xəbərlər
"Gələcəyə inamla irəliləyirik"
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Yevlax, Xaldan və Aşağı Bucaq bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev xalqın Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq olduğunu və Prezident İlham Əliyevin siyasətini ürəkdən dəstəklədiyini bildirib. O, indiyədək tarixi uğurlara imza atan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində də mühüm qələbə qazanacağına inamını ifadə edib.
Seçki qərargahının üzvləri Tofiq Həsənov, Vahid Quliyev və bələdiyyə üzvlüyünə namizədlər Aytac Əzizova, Nərgiz Əhmədova, Fatma Qasımova, Səxavət Kərimov, İsmayıl Hüseynli, Nicat Haqverdiyev və İlkin Məmmədov 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində seçiciləri daha fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, həmin gün Qoyunbinəsi, Havarlı və Aran bələdiyyələri üzrə namizədlərin seçicilərlə ayrı-ayrı ərazilərdə görüşləri də keçirilib.