YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Davamlı inkişaf, yeni perspektivlər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının xalqın inamını və etimadını növbəti dəfə qazanacağı mühüm bir mərhələ olacaq. Qeyd olunub ki, indiyədək keçirilən bütün seçkilər YAP-ın uğurlarını və ölkəmizin gələcək inkişafını əks etdirən bir göstərici olaraq xalqın partiyaya olan güvənini daha da möhkəmləndirib.

Bələdiyyə üzvlüyünə namizədlər Abdullah Məmmədov, Mehrab Hüseynov, Cəlaləddin Əhmədov, Turan Əliyev, Arzu Aslanova, Təranə Səfərova və Zeybə Zahidova vurğulayıblar ki, YAP bələdiyyə seçkilərinə dərinləşən islahatlar kursu və onun uğurlu nəticələri ilə gedir. Vurğulanıb ki, xalqın maraqlarına əsaslanan siyasət Yeni Azərbaycan Partiyasının əsas prioritetlərindən biridir və bu siyasət cəmiyyətin bütün təbəqələrini əhatə edir.

Qeyd edək ki, həmin gün Suraxanı rayonu, Hövsan, Qaraçuxur, Əmircan, Yeni Suraxanı, Bülbülə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.

Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.