YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövrə sağlam addımlarla...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında ölkəmizdə bələdiyyələrin yaranma tarixi barədə məlumat verib. Qeyd olunub ki, aparılan islahatlar bələdiyyələrin daha effektiv və şəffaf fəaliyyət göstərməsini təmin edir, bu da yerli cəmiyyətin rifahına müsbət təsir edir. Eyni zamanda, bu islahatların davamlı olaraq təkmilləşdirilməsi daha inklüziv və bərabərhüquqlu bir idarəetmə modelinin qurulmasına yönəlik önəmli addımlardan sayılır.

Seçki qərargahının üzvləri Ülfət Qurbanov, Allahverdi Alıyev, Rizvan Mikayıllı və bələdiyyə üzvlüyünə namizədlər Şəmsinur Hüseynova, Fikrət Həsənov, Gülnar Hidayətova, Gültəkin Nəzərova, Mahnur Ömərova, Gülnarə Dadaşova, Vüsal Alşanov, Nağı Zeynallı, Anar İsmayılov, İlkin Qurbanov, Ədalət Quliyeva, Ruslan Seyidov və Nargilə Kərimova bildiriblər ki, bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr veriblər. Vurğulanıb ki, dövlətin əldə etdiyi müsbət nəticələr və xalqın bu uğurlara verdiyi yüksək dəyər YAP-ı bələdiyyə seçkilərində qələbə qazanmağa layiq edir.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.