Seçki-2024
YAP dinamik inkişafa müstəsna töhfələr verəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zaqatala rayonu, Qandax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov Yeni Azərbaycan Partiyasının məqsədyönlü fəaliyyətinin xalq tərəfindən həmişə dəstəkləndiyini deyib. Onun sözlərinə görə, Azərbaycanın uğurlu inkişafı məqsədyönlü siyasətin alternativinin olmadığını təsdiqləyir.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Tahir Məmmədov, partiya fəalı Ömər Məmmədov Yeni Azərbaycan Partiyasının bundan sonra da xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr verəcəyinə əminliklərini ifadə ediblər: “YAP bundan sonra da qarşısında duran vəzifələri uğurla yerinə yetirməklə dayanıqlı və dinamik inkişafa müstəsna töhfələr verəcək”.