Seçki-2024
YAP ölkəmizdə böyük nüfuza malikdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu, Bıçaqçı, Məlikli və Zərdab bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev bildirib ki, bələdiyyələrin fəaliyyəti, dövlətin idarəetmə sisteminin təkmilləşdirilməsi və cəmiyyətin inkişafı üçün çox mühüm rol oynayır. Təşkilat sədri qeyd edib ki, bu addımlar, yerli icmaların rifahının artırılmasına, əhalinin sosial təminatının gücləndirilməsinə və bölgələrin müasirləşməsinə töhfə verir.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər - Aqşin Əliyev, Razim Əliyev, Yalçın Quliyev, Nübar Qurbanova, Gülyanaq Hacıyeva, Nərminə Cəbrayılova, Müşfiq Cəbrayılov, Zamin Məmmədov, Natiq Hüseynov və Sənan Əhmədzadə çıxış edərək YAP-ın bu seçkilərin də qalibi olacağını əminliklə ifadə ediblər.
Seçicilərdən Marusa Qasımova, Kərim Bəkirov, Hasil Bağırov və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.