YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Azərbaycan yeni dövrə qədəm qoyub

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Nizami bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Pərvin Kərimzadə və partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildiriblər ki, Yeni Azərbaycan Partiyası ölkənin sosial-iqtisadi inkişafını və vətəndaşların rifahını artırmağı əsas məqsəd olaraq müəyyən edib. Qeyd olunub ki, YAP xalqın mənafeyini qorumaq, hüquqi dövlət quruculuğunu gücləndirmək və demokratik prinsipləri inkişaf etdirmək istiqamətində ardıcıl siyasət həyata keçirir. Partiya, eyni zamanda, dövlətin beynəlxalq mövqeyini möhkəmləndirərək davamlı sabitlik və tərəqqinin təmin olunmasına yönəlmiş siyasətini davam etdirir.

Seçki qərargahının üzvü Şakir Əlizadə Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının böyük qələbə əzmi ilə bələdiyyə seçkilərinə qatılacağını qeyd edib. O seçiciləri xalqın mənafeyi naminə partiyanın namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə iştirak edən seçicilər bələdiyyə seçkilərində böyük rəğbət bəslədikləri YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.

Qeyd edək ki, həmin gün YAP-ın namizədlərinin seçicilərlə məhəlli görüşləri də keçirilib.