Seçki xəbərləri
Şabran seçicilərinin seçimi YAP-ın namizədləridir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şabran rayonu, Şabran, Pirəbədil və Rəhimli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə qapı-qapı və məhəllə görüşləri keçirilib.
Görüşlər zamanı Şabran bələdiyyəsi üzrə namizəd Elvin Hüseynov, Pirəbədil bələdiyyəsi üzrə namizədlər - Atabala Şeydayev, Fərid Məmmədov, Rəhimli bələdiyyəsi üzrə namizəd Elşad Orucov, rayon təşkilatının təşviqat qrupunun üzvü Seymur Qədəşov YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar proqram və məramından söz açıblar. Onlar, həmçinin YAP-ın yerli özünüidarəetmə orqanlarının perspektiv inkişafı ilə bağlı hədəflərindən də danışıblar.
Görüşlərdə seçicilər müasir, qalib və qüdrətli Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə ümumxalq partiyasının, yəni YAP-ın namizədlərinə səs verməyə dəvət olunublar.
Seçicilərdən İlqar Rəsulov, Sədyar Orucov, Namik Cümşüdov, Mübariz Aslanov, Samirə Qasımova, Şəfa Əliyeva və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP-ın namizədləri şəhid ailələri və qazilərlə də görüşüblər.