Seçki-2024
Yeni qələbələrlə irəli!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yardımlı rayonu, Yardımlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov bildirib ki, bələdiyyə seçkiləri ölkəmizdə növbəti bir siyasi kampaniyadır: “Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb. YAP-ın bələdiyyə üzvlüyünə namizədləri xususi fəallıq göstərərək vətəndaşlarla mütəmadi görüşlər keçirirlər. Əminəm ki, seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Bələdiyyə üzvlüyünə namizədlər Zakir İmanov, Mehman Adiyev, Cəbrayıl Mustafazadə, Turan Qulamov öz çıxışlarında seçiləcəkləri təqdirdə vətəndaş məmnunluğunu prioritet məsələ kimi daim diqqətdə saxlayacaqlarını və YAP-ın, eləcə də seçicilərin etimadını doğruldacaqlarını bildiriblər.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.