Seçki-2024
Xalqa xidmət nümunəsi
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Yeni Dizaxlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, hər zaman Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsində, xalqın yüksək rifah şəraitində yaşamasında maraqlı olan, bunu atdığı addımları ilə təsdiqləyən YAP-ın seçki proqramı bir daha bu məqsədlərə işıq salır. O, YAP-ın bələdiyyələrin inkişafına verdiyi önəmin partiyanın seçkilərdəki uğurunu təmin edəcəyini əminliklə ifadə edib.
Seçki qərargahının üzvü Ramiz Rəhimov və bələdiyyə üzvlüyünə namizədlər Rəşad Abdullayev, Məcid Qədirov, Şahvələd Babayev seçiciləri 29 yanvar - bələdiyyə seçkilərində fəal olmağa, səsvermə hüquqlarından istifadə edərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Vəndam, Bum, Yenikənd, Mıxlıqovaq, Nohurqışlaq və Soltannuxa bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.