Seçki-2024
YAP növbəti qələbəyə doğru irəliləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Füzuli rayonu, Əhmədbəyli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva müstəqil Azərbaycanın tərəqqisində Yeni Azərbaycan Partiyasının müstəsna xidmətlərindən danışıb, YAP-ın cəmiyyətdə yüksək nüfuza malik olduğunu və qələbələr partiyası kimi tanındığını söyləyib. N.Şamıyeva bələdiyyə seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacağını bildirib.
Seçki qərargahının üzvləri Məlahət Məmmədova, Nəsiyət Bayramova və bələdiyyə üzvlüyünə namizədlər Ruslan Bəykişiyev, Elnur Əlizadə, Cahid Hüseynov, Afiq Quliyev, Fəhrad Səfərov çıxış edərək yarandığı vaxtdan bütün seçkilərdə qələbələr qazanan YAP-ın bu seçkiləri də qalibiyyətlə başa vuracağını deyib, seçiciləri seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Füzuli Əliyev və Şükür Quluyev çıxış edərək YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün seçicilərlə məhəllə görüşləri də keçirilib.