Seçki-2024
Gədəbəy seçicilərinin seçimi bəllidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Gədəbəy bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, bələdiyyələr yerli özünüidarəetmə orqanları olaraq, cəmiyyətin inkişafında və vətəndaşların rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayırlar. O, elə bu səbəbdən seçiciləri layiqli namizədlərə səs verməyə səsləyib. Təşkilatın sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını da qeyd edib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Pərviz Bayramov, Rövşən Qasımov və Gədəbəy bələdiyyəsi üzvlüyünə namizədlər Afət Bağırova, Zülfiqar Yusibov, Nailə İbrahimova, Polad Ələsgərov, Mehman Bağırov və Vüsalə Allahverdiyeva bələdiyyələrlə bağlı fikirlərini seçicilərlə bölüşüblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, bələdiyyələr müstəqil fəaliyyət göstərir və onlara yerli səviyyədə idarəetmə, sosial və iqtisadi inkişaf məsələlərində qərar vermək səlahiyyəti verilir.
Onlar görüş zamanı seçiciləri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, Gədəbəy bələdiyyəsi üzrə YAP-ın namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.