Seçki-2024
Vətəndaşların mənafeyi naminə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Xətai və Əhmədli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə fərdi və məhəlli görüşləri keçirilib.
Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Nərminə Hacıyeva, Allahverdi Həsənov, Kənan Rzayev, Aliyə Ağrılı, Kəmalə İsmayılova, Qubad Kərimov, Tural İmanov və Günay Əliyeva bildiriblər ki, müxtəlif sahələri əhatə edən geniş islahatlar və layihələr vasitəsilə bələdiyyələrin inkişaf prosesi uğurla davam etdirilir. Qeyd olunub ki, yerli idarəetmə sistemində müasir yanaşmalar tətbiq edilir, elektron xidmətlər daha əlçatan olur və şəffaflıq prinsipləri gücləndirilir.
Həmçinin, bələdiyyə üzvlüyünə digər namizədlər İmran Məmmədov, Həsən Əliyev, Aytac Əlizadə, Həsən Əliyev, Teymur Abdullayev, Elvin Qədirov və Ayxan Abbaslı çıxışlarında ölkəmizdə reallaşdırılan uğurlu islahatlar və yaşanan dinamik tərəqqi dövründə bələdiyyələrin inkişaf yolu, həmçinin vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirakından bəhs ediblər.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.