Seçki-2024
Uzaqgörən və məqsədyönlü siyasi strategiya
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu, Ucar, Bərgüşad-Yuxarı Şilyan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilər ilə görüşləri keçirilib.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva YAP-ın seçki proqramı barədə məlumat verib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan güclənib, inkişaf edib.
Təşviqat qrupunun üzvləri Bəxtiyar Yunusov, Niyaz Xəlilov, bələdiyyə üzvlüyünə namizədlər Rauf Şəmsəddinov, Afaq Kamalova, Allahverən Şəmsəddinov, Əkbər Məhərrəmov, Aslan Əhmədli, Yaşar Hüseynov, Rəhim Rəhimov, Pünhan Əliyev Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə seçicilərin Azərbaycan dövlətinin təməl prinsiplərini dəstəkləmiş olduqlarını qeyd ediblər.
Seçicilər Abdul Səfərov, Raqib Abdullayev, Nəzakət Məmmədova, Hökümə Cəfərova, Şəhla İbrahimova, İlahiyyə Həsənova Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Bərgüşad kəndində Vətən müharibəsi şəhidi Şahı Elman oğlu Məmmədlinin ailəsi ziyarət olunub. Eyni zamanda, seçicilərlə məhəllə görüşləri keçirilib.