Seçki-2024
YAP bu seçkilərdə də fərqlənəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonunun Bozalqanlı və Kirən bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov YAP-ın ölkəmizin inkişafı istiqamətində önəmli işlər gördüyünü və mühüm nailiyyətlərə imza atdığını bildirib. O, həmçinin vurğulayıblar ki, YAP-ın seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir.
Görüşlərdə çıxış edən qərargah üzvü İlqar Kərimov, bələdiyyə üzvlüyünə namizədlər Azər Salmanov, Telman Məlikov yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən söz açaraq seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə, YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin seçicilərlə məhəllə görüşləri də keçirilib.
Görüşlər zamanı seçicilər YAP-ın siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.