YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri, Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Xəqani küçəsində və Yusif Çəmənzəmənli küçəsində yaşayan seçicilərlə məhəllə görüşü keçiriblər.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin yerli özünüidarəetmə orqanlarında təmsil olunması, partiyanın xalqla olan güclü əlaqəsini və onun xalqın etimadını qazandığını əks etdirir. YAP üzvləri bu məsuliyyəti böyük bir öhdəlik olaraq qəbul edərək, yerli səviyyədə konkret və faydalı nəticələr əldə etmək məqsədini daşıyırlar: “Yerli özünüidarəetmənin təkmilləşdirilməsi və əhalinin xidmətlərdən daha yüksək keyfiyyətdə faydalanması YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir”.

Bələdiyyə üzvlüyünə namizədlər Sərraf Əzimov, İlham Cəfərov, Emin Azadov, Telman Xəlilov, Kürdoğlu Muradov, Aytac Əliyeva, İradə Atayeva, və Akif Saqiyev vətəndaşların fikirlərinin dinləməsini və onların aktiv iştirakını təmin etməklə, bələdiyyələrimizin daha ədalətli və müasir bir idarəetmə modeli kimi daha da təkmilləşə biləcəyini qeyd ediblər.

Seçicilərdən Fəxriyyə Yusifova, Həbib Bəhrəmov və Namiq Qurbanov YAP fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.