Seçki xəbərləri
YAP-a böyük inam var

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu, Şüvəlan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti hər sahədə böyük irəliləyişlər əldə edib və bu irəliləyişlər davamlı olaraq daha da güclənəcək.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Balası Həmzəyev, Balaəli Əliyev və bələdiyyə üzvlüyünə namizədlər Telman Süleymanov, Seymur Rzayev, Elşən Səlimzadə çıxışlarında bələdiyyələrin fəaliyyətindən ətraflı danışmaqla yanaşı, seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştiraka çağırıblar. Onlar, həmçinin yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazandıqları təqdirdə fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun quracaqlarını qeyd ediblər.
Zirə qəsəbəsində isə bələdiyyə üzvlüyünə namizədlər şəhid Füzuli Cavadovun ailəsi ilə görüş keçiriblər.
Görüşlər zamanı seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.