Seçki-2024
Xoşbəxt gələcəyə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonunun Alpout bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Quşçu Ayrım və Fərəhli kəndlərində seçicilərlə görüşü keçirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı görülən işlərdən, təşviqat kampaniyasının uğurla davam etməsindən, Yeni Azərbaycan Partiyasının seçki proqramından geniş bəhs edib.
Görüşlərdə seçki qərargahının üzvləri Elxan Abdullayev, Qədir Əfəndiyev, Polad Ağakişiyev, şair Cavanşir Rüstəm çıxış edərək bir çox mühüm layihələrin həyata keçirildiyini, əhalinin məşğulluğunun təmin olunmasına və yaşayış məntəqələrində sosial məsələlərin həllinə böyük önəm verildiyini vurğulayıblar.
Partiyanın namizədləri İlqar Hüseynov, Cabir Abdullayev və digərləri
çıxış edərək söz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz, bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.
Görüşlər zamanı seçicilərdən Sahibə Ağamalıyeva, Afiq Süleymanov, Vəfadar Həsənov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.