Seçki xəbərləri
İnam sarsılmazdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Yeni Daşkənd və Otuzikilər bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov çıxış edərək Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə böyük əzmlə getdiyini, bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını bildirib. O qeyd edib ki, zamanın tələbi və xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası hər zaman xalqımıza, dövlətimizə böyük qələbələr qazandırıb.
Bələdiyyə üzvlüyünə namizədlər Qürbət Nuriyev, Arif Qasımov, Sahib Salahov, Habil Şirinov, Ramiz Qurbanov, Kamandar Balayev yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda, seçicilərin etimadını doğrultmaq məqsədilə səylə çalışacaqlarını bildiriblər.
Seçicilər Vəliyəddin Məmmədov, Nadir Usubov, Xalidə Məmmədova və başqaları YAP-ın hər zaman olduğu kimi, budəfəki seçkidə də qələbə qazanacağını əminliklə bildiriblər.