Seçki xəbərləri
Fəal quruculuq və xalqa xidmət nümunəsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu Ərçivan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, bələdiyyələr yerli səviyyədə infrastrukturun inkişafını təmin etmək üçün mühüm addımlar atıblar. O, YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər - Təbriz Süleymanov və Rüfət Əsədullayev seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə, YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd olunub ki, qarşıdan gələn bələdiyyə seçkilərində xalqımız YAP-ın namizədlərini dəstəkləyəcək və partiya bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaq.
Həmçinin, Astara şəhəri, Astara bələdiyyəsi üzrə namizədlər Hikmət Əliyev və Fuad Mövsümov, Ərçivan bələdiyyəsi üzrə namizədlər Təbriz Süleymanov və Rüfət Əsədullayev seçicilərlə məhəllə görüşləri keçiriblər.