Seçki-2024
Şəmkirlilərin seçimi YAP-ın namizədləridir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu, Şəmkir və Təzəkənd bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev müstəqil Azərbaycanın tərəqqisində YAP-ın müstəsna xidmətlərindən danışıb, partiyanın cəmiyyətdə yüksək nüfuza malik olduğunu söyləyib. F.Vəliyev bələdiyyə seçkilərinin də xalqın YAP-a inamının növbəti ifadəsi olacağını bildirib. Onun sözlərinə görə, YAP-ın əldə etdiyi hər bir qələbə Prezident, YAP Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə əlaqədardır.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Zamir Güvəndiyev, Azər Qəhrəmanov, Ruslan İbrahimov, Elçin Əliyev seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.
Seçicilər də seçkilərdə fəallıq göstərərək YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.