YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-a xalqın inamı sonsuzdur

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qax rayonu, Qax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev iqtisadiyyatımızın yüksəlməsi, suverenliyimizin bərpası, dövlətçiliyimizin möhkəmlənməsi, bələdiyyələrin fəaliyyətinin effektivliyinin artırılması üçün aparılan islahatlardan söz açıb.

 Yeni Azərbaycan Partiyasının Qax bələdiyyəsi üzrə namizədləri Eyvaz Orucov və Elmir Həşimli bələdiyyələrin yarandığı gündən keçən böyük inkişaf yolundan, onların idarə edilməsində kadr potensialının yüksəldilməsi üçün atılan addımlardan, respublikamızda keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının parlaq qələbəsindən danışıblar.

Bununla yanaşı seçicilərdən Eldəniz Şabanov və Əfqan Babayev çıxış edərək bildiriblər ki, bələdiyyələr artıq fəaliyyəti ilə özünü sübut etmiş institutdur.  Çıxış edənlər bütün namizədlərə uğurlar arzulayaraq seçkilərdə aktiv olacaqlarını və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.