Seçki-2024
Ağdaş seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu, Ağdaş və Eymur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının öz əməli fəaliyyəti ilə xalqın iradəsini ifadə etdiyini bildirib. Hazırda partiya üzvlərinin sayının 740 mindən artıq olduğunu deyən Ə.Rəcəbov bunun xalqımızın Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyev siyasətinə birmənalı dəstəyinin göstəricisi olduğunu vurğulayıb.
Seçki qərargahının üzvləri İsa Eminov, Azadə Kərimova, Aygün Mahmudova, bələdiyyə üzvlüyünə namizədlər Fərhad Vəliyev, Səbuhi Mütəllimov və Rusif Nuruyev YAP-ın qələbələr partiyası olduğunu vurğulayıb, partiyanın seçki proqramı haqqında ətraflı məlumat veriblər.
Seçicilər Elza İsgəndərli, Qasım Qasımov, Cuma Nağıyev və digərləri YAP-ın namizədlərinə dəstəklərini ifadə ediblər. “Budəfəki seçkilər də xalqın doğma partiyaya sarsılmaz inamını əks etdirəcək”, - deyə bildirilib.