YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

“Yeni Azərbaycanın yeni uğurlarına öz səsimizlə dəstək olaq!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu, Kürdəmir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.                      

YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib: “Vətəndaş rifahı Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir. Hər bir bölgədə insanların rahat yaşayışı üçün bütün imkanlar yaradılıb. Xalq daim özünə yüksək diqqət və qayğının şahididir”.

A.Cəbrayılov seçiciləri bələdiyyə seçkilərində fəal olmağa, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağıraraq “Yeni Azərbaycanın yeni uğurlarına öz səsimizlə dəstək olaq”, - deyə vurğulayıb.

Seçki qərargahının üzvləri Tarix İslamov, Mehrab Abdurahmanov, bələdiyyə üzvlüyünə namizədlər Simuzər Bağıyeva və Dürriyyə Seyidova  YAP-ın seçki platforması haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsinə xidmət edən mühüm hədəflər partiyanın seçki proqramında öz əksini tapıb.

Seçicilər  Mətanət Hacıyeva, Gülsüm Qənbərova və digərləri YAP-ın hər zaman xalqın etimadını doğrultduğunu və qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.