Seçki xəbərləri
Xalqın yekdil dəstəyi və etimadı...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nəsmi rayonu, Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.
Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Əziz Zeynalov, Ədviyə Rəsullu, Günay Səfərova, Rahib Hacıyev, Xalid Kərimov və Fidan Tağıyeva bildiriblər ki, Yeni Azərbaycan Partiyası azad və şəffaf seçkilərin keçirilməsinə xüsusi diqqət yetirərək həm siyasi liderliyini, həm də seçicilərin bütün seçki hüquqlarını qorumağı əsas prinsiplərindən biri kimi qəbul edir. Qeyd olunub ki, YAP zəngin ənənələrinə sadiq qalaraq seçkilərə hər zaman böyük qələbə əzmi ilə qatılır, xalqın inamını qazanaraq daha yaxşı gələcək üçün əzmkarlıqla çalışır.
Namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və ən layiqli namizədlərə səs verməyə çağırıblar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.