YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP böyük gücə çevrilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri, Naxçıvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər - Əlvanə Şahgəldiyeva, Tahir Hüseynli, Sədi Seyidov, Ələsgər Cəlilzadə bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edib, onlara xüsusi diqqət və qayğı göstərib. Onlar, həmçinin qeyd ediblər ki, YAP fəaliyyəti ilə sübut edib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu parlaq gələcəyə daşımağa qadir partiyadır. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. Elə bu səbəbdən də onlar  bələdiyyə seçkilərində seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.

Görüşlərdə çıxış edənlər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlər şəhid ailələrini də ziyarət ediblər.