YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni reallıqlar inkişaf və qələbələri şərtləndirir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, Ağayrı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Samir Ağayev demokratik idarəçiliyin əsas atributlarından sayılan bələdiyyələrin ölkəmizdə yaranma tarixindən danışıb. Yerli özünüidarəetmə orqanlarının layihələrdən bəəhs edən S.Ağayev bildirib ki, əsas məqsəd bələdiyyələrin fəaliyyətinin səmərəliliyini artırmaqdır.

Bələdiyyə üzvlüyünə namizəd Sakit Mirzəyev və Allahverdi Zeynalov Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat verərək bələdiyyələrin qarşısında duran  vəzifələrdən danışıb, seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıblar.

Seçicilərdən Dilavər Hüseynov, Ələkbər Hüseynov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.