YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

İslahatlar rifaha xidmət edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu, Culfa, Saltaq, Milax bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Culfa bələdiyyəsi üzrə namizəd Zeynəb İsmayılova, Saltaq bələdiyyəsi üzrə namizəd Mürşüd Məmmədov, Milax bələdiyyəsi üzrə namizəd Elşad Əzimov YAP-ın bələdiyyə seçkiləri ilə bağlı proqram və məqsədləri haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, ardıcıl xarakter daşıyan institusional islahatlar bütün sahələrdə davamlı yüksəlişi təmin etməklə bərabər, bələdiyyə institutunun da inkişafı üçün münbit zəmin formalaşdıraraq geniş imkanlar və yeni perspektivlər yaradıb. Bu islahatlar şəffaflığın artırılmasına və cəmiyyətin rifahının yaxşılaşdırılmasına xidmət edir.

Seçicilər İsmayıl Bayramov, Novruz Talıbov və Lalə Cəfərova YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.