YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP siyasi proseslərin mərkəzindədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonu,  Çərəkə  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov YAP-ın seçki proqramı barədə ətraflı məlumat verib, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə qarşıda mühüm vəzifələrin durduğunu diqqətə çatdırıb. Təşkilat sədri  ümumxalq partiyası olan YAP-ın bundan sonra da ölkəmizdə gedən bütün siyasi proseslərin mərkəzində olacağını qeyd edib.

Bələdiyyə üzvlüyünə namizədlər İbrahim Məmmədov və Rəşad Abdullayev   yarandığı vaxtdan bütün seçkilərdə qələbələr qazanan YAP-ın bu seçkiləri də qalibiyyətlə başa vuracağını əminliklə ifadə ediblər. Natiqlər 29 yanvarda  seçiciləri seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər Elmira Əzizova, Firidun Xəlilov və digərləri çıxış edərək YAP-ın fəaliyyətini dəstəklədiklərini, bu seçkilərdə də partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.