YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq inkişafa səs verir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsinə Ağstafa rayonu, Qarahəsənli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin çox mühüm nailiyyətlərə imza atdığını və Zəfər zirvəsinə yüksəldiyini deyib. E.Hacıyev indiyədək tarixi uğurlara imza atan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində də mühüm qələbə qazanacağına əminliyini ifadə edib. 

Təşviqat qrupunun üzvü Alı Mehdiyev, bələdiyyə üzvlüyünə namizədlər Arifə İbrahimova, Vüqar Hacıyev, Sahil Mehrəliyev çıxış edərək bələdiyyələr tərəfindən ötən dövrdə görülən işlərdən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Görüşlər zamanı seçicilər Xədicə Musayeva, Turxan Həmidov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Ağstafa rayonu, Qarahəsənli, Aşağı Kəsəmən, Həsənsu və Muğanlı bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də baş tutub.