Seçki xəbərləri
Ümumxalq etimadı YAP-ın ən böyük sərvətidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Saatlı rayonu, Qıraqlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, hər bir dönəmin özünəməxsus çağırışları var və Yeni Azərbaycan Partiyası öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirir. “Ümumxalq etimadı YAP-ın ən böyük sərvətidir”, - deyən E.Əzizov hər zaman siyasi proseslərin önündə gedən YAP-ın növbəti bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını bildirib.
Seçki qərargahının üzvləri Sevinc Gülüşova və Sədafər Hüseynov, bələdiyyə üzvlüyünə namizəd Tahir Ağayev bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışıb, YAP-ın seçki proqramında əksini tapan hədəfləri diqqətə çatdırıblar. Onlar görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.