Seçki-2024
Qətiyyətli addımlar, parlaq gələcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu, Kolatan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın maraqlarını uğurla təmin edərək dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynayıb. Qeyd olunub ki, bu baxımdan YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinin bir göstəricisidir.
Seçki qərargahının üzvü Hikmət Xəlilov, bələdiyyə üzvlüyünə namizəd Rauf Cəbiyev bildiriblər ki, ölkəmizdə bütün sahələrdə aparılan islahatlar bələdiyyələrin inkişafına da mühüm təsir göstərib. Vurğulanıb ki, görülən tədbirlər bələdiyyələrin fəaliyyətinin səmərəliliyini artırıb, onların idarəetmə proseslərinə yeni yanaşmalar gətirib.
Seçicilər Hümmət Cəfərov, Fəzail Məmmədov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini, bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.