Seçki-2024
Uğurlar parlaq gələcəyin zəmanətidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, bələdiyyə institutlarının inkişafına verilən əhəmiyyət Azərbaycanın daha müasir və güclü bir dövlətə çevrilməsi üçün mühüm addımların atılmasını təmin edir. Qeyd olunub ki, bu islahatlar ölkənin idarəetmə sistemində şəffaflığı, effektivliyi və sosial ədaləti artırır.
Seçki qərargahının üzvləri Oruc Əhmədov, Oruc Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Əlfəddin Həsənov, Hüseyn Nəcəfov, Məzahir Məsimov qeyd ediblər ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar nəticəsində dövlətin idarəetmə sistemi daha da təkmilləşdirilib. Həmçinin, vurğulanıb ki, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Seçicilər Ələmdar Nəbiyev, Elsevən Şirinov, Nofəl Əliyev, Zülal Məmmədov və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün Balaxanı bələdiyyəsi üzrə namizəd Elxan Mayılov, Zabrat bələdiyyəsi üzrə namizədlər Talut Hüseynov, Naib Yolçuyev, Pirşağı bələdiyyəsi üzrə namizəd Əzim Cəfərov, Ramana bələdiyyəsi üzrə namizədlər Rəcəb Məmmədov, Çingiz Məmmədov, Bilgəh bələdiyyəsi üzrə namizəd Elyar İbadlı, Sabunçu bələdiyyəsi üzrə namizəd Məzahir Məsimov, Maştağa bələdiyyəsi üzrə namizəd Ülkər Nəsibova seçicilərlə fərdi və məhəlli görüşlər keçiriblər.