Seçki-2024
YAP xalqın partiyasıdır!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu Abdulabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət etdiyini bildirib.
Görüşdə çıxış edən seçki qərargahının üzvüləri Sahib Aslanov, Siyavuş Məmmədov, Vüsal Nağıyev bələdiyyə üzvlüyünə namizədlər Vəsilə Hacıyeva, Elçin Nəzərov və digərləri Yeni Azərbaycan Partiyasının seçki proqramından söz açıblar. Bildiriblər ki, YAP hər zaman ölkədə keçirilən seçkilərdə qələbə qazanıb.
Qeyd edək ki, YAP-ın Hacıqabul bələdiyyəsi üzrə namizədi Nemət Babayev, Udullu bələdiyyəsi üzrə namizədlər Mübariz Süleymanov, Elşən Məhərrəmov, Çingiz Əsədov, Qarasu bələdiyyəsi üzrə namizədlər Mireyyub Babayev, Fəridə Abasova, Meyniman bələdiyyəsi üzrə namizəd Nəbi Aslanov, Rəncbər bələdiyyəsi üzrə namizəd Əllamə İsmayılov ərazilərdə seçicilərlə fərdi və məhəllə görüşləri də keçiriblər.
Bütün görüşlərdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.