YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlar etimad doğurur

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İsmayıllı rayonu, Quşencə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. O, həmçinin YAP-ın fəaliyyəti haqqında ətraflı danışaraq qeyd edib ki, dövlət başçısının əzmkar liderliyi Azərbaycanın misilsiz inkişaf yolu keçməsini təmin etməklə yanaşı, partiyanın cəmiyyətdə alternativsiz qüvvə kimi mövqeyini daha da möhkəmləndirib.

Namizədlər çıxışlarında bələdiyyələrin fəaliyyətindən ətraflı danışmaqla yanaşı, seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştiraka çağırıblar. Onlar, həmçinin yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazandıqları təqdirdə fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun quracaqlarını qeyd ediblər.

Seçicilər yanvarın 29-da seçki məntəqələrinə gələrək YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.