YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçkilər YAP üçün növbəti qələbə səhifəsinə çevriləcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Cəlilabad rayonu, Günəşli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Cəlilabad rayon təşkilatının sədr müavini Rafiq Ağayev Yeni Azərbaycan Partiyasının indiyə qədər əldə etdiyi tarixi nailiyyətlər əsasında bələdiyyə seçkilərində də müvəffəqiyyət qazanacağına olan inamını ifadə edib. Təşkilat sədri ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların Azərbaycanın inkişafını sürətləndirdiyini və milli məqsədlərin həyata keçirilməsinə hərtərəfli şərait yaratdığını qeyd edib. Vurğulanıb ki, bu islahatlar bütün müstəviləri əhatə edərək xalqın rifahını artırmağa yönəlib.

Seçki qərargahının üzvləri Nurlan Ağamalıyev, Şahlar Əsədullayev və bələdiyyə üzvlüyünə namizədlər Nizami İsmayılov, Ruslan Şabanov, Rəşidə İsmayılova seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.

Seçicilərdən Rəfiqə Əliyeva, Salman Bayramov qarşıdan gələn bələdiyyə seçkilərində fəallıq göstərərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.