YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

İnam sarsılmazdır!

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov ölkədə bələdiyyələrin fəaliyyəti və yerli özünüidaəetmə orqanlarının inkişafı istiqamətində görülən işlər barədə danışıb. Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat verilib. 

Bələdiyyə üzvlüyünə namizədlər Abdullah Məmmədov, Mehrab Hüseynov, Cəlaləddin Əhmədov, Turan Əliyev, Arzu Aslanova, Təranə Səfərova və Zeybə Zahidova çıxış edərək Prezident, YAP Sədri İlham Əliyevin ölkənin tərəqqisinə xidmət edən siyasətinin təməlində çoxşaxəli islahatların həyata keçirilməsinin dayandığını deyiblər.

Qeyd edək ki, Suraxanı rayonu, Hövsan, Qaraçuxur, Əmircan, Yeni Suraxanı, Bülbülə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə səyyar görüşləri də keçirilib. Namizədlər Seymur Rəsulov, Nəzrin Mirzəli, İxdiyar Nəcəfov, Arif Şahmuradov, Rəşad Rzayev, Eldar Mirzəliyev, Vurğun Əliyev, Jalə Qibləliyeva və İlham Mirzəyev, İxtiyar Nəcəfov, Arif Şahmuradov, Aysel Şərifova, Nəsib İsmayılov, Mürsəl Kazımov çıxış edərək YAP-ın bu seçkilərin də qalibi olacağını əminliklə ifadə ediblər.

Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.