YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Böyük qələbə əzmi ilə

Azərbaycan Respublikasında  2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şahbuz  rayonu, Külüs bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Bələdiyyə üzvlüyünə namizəd Bəhmənyar İbrahimov bildirib ki, bələdiyyələrin səlahiyyətləri genişləndirilərək maliyyə müstəqilliyi təmin edilib və bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının böyük qələbə əzmi ilə seçkilərə qatılması, onun gələcək siyasi mübarizəyə və dəyişən şəraitə hazır olduğunu nümayiş etdirir.

Seçicilər Həqiqət Rüstəmova, Mənsur Piriyev və Gülşən Sadiqova YAP-ın bələdiyyə seçkilərində növbəti qələbə qazanmaq əzmində olduğunu bildirərək seçiciləri xalqımızın mənafeyi naminə partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün Ayrınc bələdiyyəsi üzrə namizəd Əzizə Süleymanovanın seçicilərlə məhəlli görüşləri keçirib.