YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın inam və etimad ünvanı

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu, İnstitut bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri  Gündüz Bayramov bildirib ki, son illər aparılan islahatlar yerli idarəetmə orqanlarının effektivliyini artırmaqla yanaşı, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərində möhtəşəm qələbə qazanmaq məqsədilə böyük əzm və iradə ilə iştirak edəcək.

Bələdiyyə üzvlüyünə namizədlər Səmiyyədin Abbasov, Elşad Xəlilov  Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat veriblər. Vurğulanıb ki, YAP xalqın maraqlarını uğurla təmin edərək ölkənin inkişafında mühüm rol oynayıb.

Seçicilər qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.