Seçki-2024
Bələdiyyə seçkiləri qələbələrin davamı olacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qusar rayonu, Balaqusar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ötən seçkilərdə olduğu kimi, bu seçki kampaniyasında da Yeni Azərbaycan Partiyası fəal iştirak edir.
“Əminəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədləri qələbə əldə edəcəklər”, - deyə təşkilatın sədri vurğulayıb.
Seçki qərargahının üzvü Vasif Şıxməmmədov və bələdiyyə üzvlüyünə namizədlər Mahir Hacəliyev, Heydər Eyyubov, Asif Babayev bildiriblər ki, abadlıq və infrastruktur layihələri ilə yanaşı, ətraf mühitin qorunması və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində bələdiyyə proqramları həyata keçirilib. Vurğulanıb ki, kənd və qəsəbə bələdiyyələrinə xüsusi subsidiyalar ayrılaraq, sosial proqramların icrası gücləndirilib.
Görüş zamanı seçicilər Sədyar Poladxanov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.