Seçki-2024
Lerik seçicilərinin seçimi YAP-ın namizədləridir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu Şingədulan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından və Prezident, Müzəffər Ali Baş Komandan, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən ətraflı söz açıb. O, həmçinin bildirib ki, məhz YAP iqtidarının sayəsində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılıb, seçki təcrübəsi ildən-ilə daha da təkmilləşdirilib.
Seçki qərargahının üzvləri Qurban Ağayev, Elman Rəcəbov, Veysəl Məlikov, bələdiyyə üzvlüyünə namizədlər Niyaməddin İsayev, Əbutalıb Talıbzadə və digərləri çıxış edərək seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, seçki qərargahının üzvləri Elman Rəcəbov, Veysəl Məlikov, Lerik bələdiyyəsi üzrə namizəd Rasim Ağayev, Qosmalian bələdiyyəi üzrə namizədlər Fidan İbadova və Ziyafət Mirzəyev, Veri bələdiyyəsi üzrə namizəd Mircəlal Cahangirov, Siyov bələdiyyəsi üzrə namizədlər Qəhraman Fərəcov və Elxan Cabbarov, Blaband bələdiyyəsi üzrə namizədlər Balamirzə Mirhüseynov və Azər Rəşidov, Osyodərə bələdiyyəsi üzrə namizədlər Əlizamin Baliyev və Sahil Quliyev ərazilərdə seçicilərlə məhəlli görüşləri də keçiriblər.
Görüşlərdə seçicilər YAP-ın şərəfli tarixindən söz açmaqla yanaşı, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində bu partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.