YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti qələbə əzmi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonu, Şamaxı və Mədrəsə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı partiyanın seçki proqramı barədə ətraflı məlumat verib. O, ölkəmizdə bələdiyyə institutunun inkişafı istiqamətində görülən işlər və başlıca hədəflərdən bəhs edib.

Çıxış edən seçki qərargahının üzvləri Ağarza Bayramov, Şasəddin Mikayılov və təşviqat qrupunun üzvü Fuad Səmiyev Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə gedən bütün siyasi proseslərin mərkəzində olduğunu diqqətə çatdırıb.

Seçicilər Nuranə Mirzəyeva, Həşimxan Qəhramanov və Zamirə Əhmədova YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.