YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda YAP-ın namizədləri ilə görüşlər davam edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Səbail rayonunun Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.  

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev seçki kampaniyasının şəkildə hazırlıq işlərinin aparılması haqqında seçicilərə məlumat verib. Təşkilat sədri bələdiyyə seçkilərinin tam şəffaf və demokratik prinsiplərə əsaslanaraq keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.

Sonra bələdiyyə üzvlüyünə namizədlər Təzəxan Məmmədov, Nurel Kərimov, Xədicə Həsənova, Hacı Əliyev və Validə Cəfərova YAP-ın seçki proqramından ətraflı bəhs ediblər.  

Seçicilər görüş zamanı Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.