Seçki xəbərləri
YAP bütün sınaqlardan şərəflə çıxıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad rayonunun Gənzə, Xurs,Yuxarı Əylis, Nürgüt kəndlərindən və Şəhriyar qəsəbəsindən olan Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.
Bələdiyyə üzvlüyünə namizədlər çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda cənab İlham Əliyevin uğurla rəhbərlik etdiyi YAP qələbələr partiyası kimi imic qazanıb. Ulu Öndərin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP tarixin sınaqlarından şərəflə çıxaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Çıxışlarda seçicilər səsvermə hüquqlarından istifadə edərək bələdiyyə seçkilərində aktiv iştiraka dəvət edilib.