YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalqa xidmət nümunəsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu Şəhriyar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti hər sahədə böyük irəliləyişlər əldə edib və bu irəliləyişlər davamlı olaraq daha da güclənəcək. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məqsədlərə doğru inamla addımlayır.

Seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Fəzail Cəfərov və bələdiyyə üzvlüyünə namizədlər Əliş Əliyev, Aysel Qurbanova və Bəyverdi Səfərov seçiciləri 29 yanvar bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə partiya namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Şahbala Bağırov, Aysel İbayeva, Novruz Qurbanov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.