Seçki xəbərləri
Tarixin qürurlu səhifəsi
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev ölkəmizdə bələdiyyələrin yaranma tarixi, dövlətimiz tərəfindən yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Seçki qərargahının üzvü Pərviz Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Ədalət Quliyeva, Samrin Xanlayev, Gülnarə Dadaşova, Mahnur Ömərova, Gülnar Hidayətova, Vüsal Alşanov, Nargilə Kərimova, Samin Tağıyev və Ruslan Seyidov çıxışlarında bildiriblər ki, bələdiyyə islahatları ölkənin ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir və cəmiyyətin bütün təbəqələrinə müsbət təsir göstərir. Bununla yanaşı, qeyd olunub ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.
Görüş zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.